“Baku Cable Goknur LTD” şirkəti 2003-cü ildə təsis olunmuşdur. Şirkət dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə 450/750V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 450/750V PVC izolə olunmuş elastik kabelləri, 300/500 PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 300/500 PVC izolə olunmuş çoxdamarlı, elastik mis ötürücülü kabellər, 0.6/1 kV izolə olunmuş alçaq gərginlikli kabellər, PVC kabel kanalları istehsal edir və 2008-ci ilin sonundan 6/10 kV, 8.7/15 kV, 12/20 kV, 20.3/35 kV, 20,8/36 kV (42 kV), 26/45 kV orta gərginlik kabellərinin istehsalına başlamışdır. Eyni zamanda müxtəlif odadavamlı halogensiz kabellər istehsal olunur.
“Baku Cable Goknur LTD” TS EN ISO 9001:2000 keyfiyyət sertifikatı, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatı” – na, OHSAS 18001-2007, TS EN ISO 9001:2008, VDE ECS/CIG 021 - 024: 2014 və KEMA 2014 və s. keyfiyyət sertifikatlarına layiq görülmüşdür.
2007-ci ildə şirkət öz fəaliyyətini daha da genişləndirmək məqsədilə Xəzər rayonu Zirə qəsəbəsində 4 hektarlıq ərazidə yeni zavod inşa etdi. Zavod Almaniya, Türkiyə, Finlandiyada istehsal olunan müasir avadanlıqlarla təchiz edilmişdir. Zavodun istehsalı ayda 2000 ton kabel təşkil edir.
Yeni zavod sayəsində Baku Cable Goknur əmtəə bazarına daha keyfiyyətli məhsullar təqdim etməyə başladı. Xammal  Rusiya, Türkiyə və digər Avropa ölkələrindən alınır. Uyğun qiymətlərlə alıcılara təqdim olunan kabel və kanalların tez bir zamanda quraşdırılmasına və təhlükəsizliyinə zəmanət verilir. Bununla yanaşı, quraşdırma zamanı divarların boyamasına və digər xərclərə ehtiyac qalmır.
Yüksək keyfiyyəti özünə əsas prinsip seçən Baku Cable Goknur LTD istehsal etdiyi malları daxili əmtəə bazarından başqa Gürcüstan, Əfqanistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə də ixrac edir.
Baku Cable Goknur LTD öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərinizə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standardtlara uyğundur.