31
May

EXPO OIL & GAS BAKU - 2017

Xəzər Neft və Qaz sərgisi və konfransı Azərbaycan, Belarus, Belçika, İspaniya, Birləşmiş Krallıq, Rumıniya, ABŞ, İtaliya, Qazaxstan, Çin, Yaponiya, Niderland, Polşa daxil olmaqla, 30 ölkədən 300 şirkəti bir araya gətirən regional layihədir.
Geniş çeşidli ölçülərdə və konfiqurasiyada olan dünya səviyyəli korroziyaya uğramayan quraşdırma kabellərinin istehsalçısı kimi biz Beynəlxalq Xəzər Enerji sərgisinin daimi iştirakçılar sırasındayıq. 
Bu il biz odadavamlı və müxtəlif tipli gərginliyə malik kabelləri və onların istifadə imkanlarını nümayiş etdirdik. 
Baku Cable Goknur zavodunda istehsal edilən kabellər geniş imkanlar spektrinə və yüksək keyfiyyətə malik olduğundan ofislərdə, istehsalat müəssəsilərində, gəmilərdə və suyun altında geniş istifadə olunur. Məhz bu səbəbdən bütün dünyadan olan peşəkarlarla Azərbaycanda istehsal edilən keyfiyyətli məhsul barədə məlumat verməkdən məmnun olduq.
Xəzər Neft və Qaz Sərgisinin bütün dünyadan olan peşəkarların birləşdirməsi və Azərbaycan iqtisadiyyatının uğurlarını əks etdirməsi onun xüsusi əhəmiyyət kəsb etdiyindən xəbər verir.