SİP-1, SİP-1A
Quruluşu

Bu naqillər alüminium məftillərdən hazırlanmış və izolyasiya edilmiş faz damarların və daşıyıcı sıfır fazasının birlikdə burulmasından alınmışdır. Faz damarların izolyasiyası, işığın təsirinə qarşı stabilləşdirilmiş və qara rəngə boyadılmış yüksək təzyiqli polietilendən hazırlanır. Bu da, izolyasiyanın ultrabənövşəyi şüaların təsirinə dayanıqlığını təmin edir. Sıfır damarının mərkəzində, ətrafına alüminium məftillər sarınmış özək yerləşir. Markanın sonundakı A hərfi sıfır damarının izolyasiyaya malik olduğunu göstərir. SİP-2, SİP-2A naqillərində izolyasiya işığa davamlı tikilmiş polietilendəndir.

Texniki məlumatlar

Ətraf mühitin temperaturu: mənfi 60°C-dən müsbət 50°C qədər.

Quraşdırma işləri ətraf mühitin mənfi 20°C-dən aşağı olmayan temperaturlarda aparıla bilər.

Naqillər 50 Hs tezikli 4kV dəyişən gərginlikli sınağa davamlıdır.

İstifadə edildiyi yerlər

Bu naqillərin əsas təyinatı dəyişən gərginlikli elektrik enerjisinin ötürülməsi və paylaşdırmasıdır. Magistral hava veriliş xəttlərinin tikilişində, müxtəlif yaşayış tikililərin və təsərrüfat binaların giriş xəttlərinə şaxələndi- rilməsində istifadə olunur. SİP-2, SİP-2A əsasən orta və soyuq iqlim şəraiti olan ərazilərdə istifadə olunur.

СИП-3 kabellərdə damar alüminium ərintisindəndir (ABE) izolyasiya işığa davamlı TPE, 50 Hs tezlikli 35 kV-yə qədər HVX-i üçün nəzərdə tutulur. Damarın en kəsiyi 35 -=-185 mm2

СИП-4 kabellərdə damar sıxlaşdırılmış alüminium məftillərdən olur. İzolyasiya işığa davamlı TPE, aparıcı sıfırıncı faza yoxdur, faz damarları birbirinə burulur. Damarların sayı 2-dən 7-yə qədər olur. Damarın en kəsiyi 104-50 mm2

СИП-5. Bütün damarlar işığa dayanıqlı tikilmiş polietilendən izolyasiya qatına malikdir. Naqil 2 və daha çox damarlı ola bilər. СИП -5 naqilin konstruksiyasında ayrıca aparıcı damar yoxdur.