Mis damarlı, tikilmiş polietilen İzolyasiyalı, daxili örtüyü yanğınadavamlı PVX-dən ibarət, mis məftillərdən kosentrik ekrana malik , xarici qoruyucu örtüyü yanğınadavamlı halogensiz polimerdən olan kabel.
Bu kabellər yuxarıda göstərilən standartlara görə hazırlanır.
Damarların sayı: 1-dən 5-ə qədər
Yolverilən işçi temperaturu: 90°C.
Yolverilən Qısaqapanma temperaturu: 250 °C
Kabelin özəllikləri: halogensiz, yanğınyubandırıcı təbəqəli, yanğın zamanı alov yayılmır, zəhərli qazlar və qatı tüstü ayrılmır.
Bu kabellər yüksək yanğın təhlükəsi olan zonalarda, mexaniki zədələnmə olmayan hallarda kabel tikililərinə, müxtəlif binalarda və metropoliten tikililərində, çox insan və qiymətli əşyalar olan yerlərdə istifadə olunur. Kabel elektrik alətlərinin və məişət elektrik cihazlarının birləşdirilməsi üçün də istifadə olunur
XLPE
İzolyasiya
Doldurucu
Sintetik polimerdən
odadavamlı xarici
örtük
Mis
damar
Qoruyucu
lent
Dairəvi mis
naqillərdən konsentrik
keçirici