Bir və ya çoxməftilli mis damarlı, damar üzrə şüşə-slyuda lentdən ayrıcı təbəqəyə (separatora) malik, tikilmiş polietilen izolyasiyalı doldurucu qatı yanmayan polimer qatışığından olan, xarici örtüyü halogensiz poliolefin əsaslı qatışıqdan ibarət güc və ya siqnal kabelləri
Bu kabellər yuxarıda göstərilən standartlara uyğun istehsal olunur.
Yolverilən işçi temperaturu: 90°C. Yolverilən Qısaqapanma temperaturu: 250 °C (Qısaqapanma müddəti £ 5 san.)
Kabelin əyilmə radiusu: Birdamarlı kabellər üçün – 15 D; Çoxdamarlı kabellər üçün – 12 D.
Kabel yanğın şəraitində yüksək xassələrə malikdir və izolyasiya öz funksiyasını itirmir. Kabeldə açıq alov yayılmır, ayrılan qazlar zəhərsizdir, tüstünün sıxlığı aşağıdır. Kabel yanğın şəraitində ən azı 180 dəq. müddətində öz funksiyasını saxlayır. Kabel yanğın baş verdikdə öz işini dayandırmayan qurğu və avadanlıqların (etektrik mühərrikləri, nasoslar, hidrosistem avadanlıqları, yanğın söndürən qurğular, qəza işıqlandırma sistemləri və s.) qoşulması üçün nəzərdə tutulmuşdur. İnsanların çox toplaşdığı və qiymətli əşyaların çox olduğu yerlərdə istifadə olunur. Kabel alovun təsirinə davamlı sətlərdə kabel kanallarında və ya stellajlarda yerləşdirilə bilər. Yer altında, su altında çəkilişinə icaza verilmir.
XLPE
İzolyasiya
Doldurucu
Bir və ya çox
məftilli mis damar
Sintetik polimerdən
odadavamlı xarici
örtük
Xüsusi odadavamlı
qatışığında ayrıcı
təbəqə
Yarımkeçirici
krep kağız