YXC7V 20.3/35 kV
Quruluşu

Çoxmeftilli mis damarlı, tikilmiş polietilen izolyasiyalı, mis lentlə sarınmış mis məftillərdən ibarət elektrik ekranı olan, PVX xarici örtüklü, təkdamarlı orta gərginlik kabelləri.

Texniki məlumatlar

Bu kabellər yuxarıda göstərilən standartlara uyğun istehsal olunur.
Yolverilən işçi temperatur: 90°C.
Yolverilən Qısaqapanma temperaturu: 250°C. (Qısaqapanma müddəti £ 5 san.)
Qəza rejimində yolverilən temperatur: 130°C. 

İstifadə edildiyi yerlər

Kabel tikililərində və müxtəlif istehsalat binalarında tək-tək çəkiliş üçün nəzərdə tutulmuşdur. Adi torpaqda (tranşeydə), eləcə də korroziya aktivliyi yüksək olan torpaqda, kabelin mexaniki zədələnmələrdən qorunması təmin olunan hallarda istifadə oluna bilər. Kabelin çəkilişində səviyyələr fərqinə məhdudiyyət qoyulmur. Günəş şüalarında mühafizə olunmadan da açıq havada istifadəsinə yol verilir.