Çoxməftilli alüminium damarlı, tikilmiş polietilen izolyasiyalı, mis lentə sarınmış mis məftillərdən ibarət elektrik ekranı olan, PVX xarici örtüklü, təkdamarlı orta gərginlik kabelləri.
Bu kabellər yuxarıda göstərilən standartlara uyğun istehsal olunur.
Yolverilən işçi temperatur: 90°C.
Yolverilən Qısaqapanma temperaturu: 250°C. (Qısaqapanma müddəti £ 5 san.)
Qəza rejimində yolverilən temperatur: 130°C.
Kabel tikililərində və müxtəlif istehsalat binalarında tək-tək çəkiliş üçün nəzərdə tutulmuşdur. Adi torpaqda (tranşeydə), eləcə də korroziya aktivliyi yüksək olan torpaqda, kabelin mexaniki zədələnmələrdən qorunması təmin olunan hallarda istifadə oluna bilər. Kabelin çəkilişində səviyyələr fərqinə məhdudiyyət qoyulmur. Günəş şüalarından mühafizə olunmadan da açıq havada istifadəsinə yol verilir.
XLPE
İzolyasiya
Qoruyucu
lent
Mis ekran
PVC xarici
örtük
Mis lent
Alüminium
damar
Yarımkeçirici
krep kağız
Yarımkeçirici
ekran qatı